ABŞ səfirliyi: “Bakıda yeni səfirlik binası ilə bağlı real irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirik”

  • By admin
  • 05 Oktyabr 2022 20:23

Amerika Birləşmiş Ştatlarının Azərbaycanda yeni səfirlik binası inşa etməsi üçün torpaq sahəsi almaq cəhdi baş tutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, uzun illərdir ki, buna çalışılsa da paytaxt mərkəzində belə bir yer almaq mümkün olmayıb.

Görünür, məhz bu səbəbdəndir ki, Dövlət Departamenti Bakıdakı səfirlik üçün ikinci binanı “Land Mark” Plazada icarəyə götürüb.

Bəs görəsən, ABŞ səfirliyi paytaxtda torpaq almaq istəyindən imtina edibmi?

ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü  Alys Spensley Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, ABŞ hökuməti bu istəyində qalır: “Bəli, biz Azərbaycanla diplomatik münasibətlərin 30 illiyini qeyd edərkən, Bakıda yeni səfirlik binası ilə bağlı real irəliləyiş əldə etməyi səbirsizliklə gözləyirik”.

 

Pərviz 

Gununsesi.info