ABŞ vətəndaşı yanlışlıqla 44 il həbsdə yatdı - FOTO

  • By admin
  • 16 Fevral 2022 18:47

ABŞ-ın Luiziana ştatında zorlama cəhdinə görə 50 il həbs cəzası alan qaradərili 44 il həbs cəzasını çəkdikdən sonra dəlil çatışmazığı səbəbindən azadlığa çıxıb.

Hakim Uilyam Bennet 1977-ci ildə məhkum edilmiş Vinsent Simmons barədə hökmü ləğv edib. Bennett Simmonsun ədalətli mühakimə olunmadığını və andlıların təqsirləndirilən şəxsin lehinə olan sübutlara məhəl qoymadığını bildirib.

“Mən Vincent Simmonsun günahsız və ya günahkar olduğuna qərar vermirəm. Amma sizə deyirəm ki, 44 il həbsdən sonra bu şəxs yenidən mühakimə olunmağa layiqdir”, – deyə hakim bildirib.

Tezliklə 70 yaşı tamam olacaq Simmons bütün bu illər ərzində bu qərarı gözlədiyini bildirib. O, hökmünün ləğvi üçün 17 dəfə məhkəməyə müraciət edib

Qeyd edək ki, iddiaçı olan 14 yaşlı bacılar insidentdən iki həftə sonra – 9 may 1977-ci ildə zorlama cəhdi barədə polisə məlumat veriblər. Hadisə ilə bağlı tibbi ekspertizanın rəyi də təxminən bir ay sonra hazır olub. Məhkəmə zamanı isə qızlar bütün qaradərililərin bir-birinə bənzədiklərini bildirib və Simmonsu çətinliklə tanıyıblar.

 

 

 

Gununsesi.info