“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi - FOTOLAR

  • By admin
  • 17 Aprel 2023 19:03

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib. Aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb.

Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib. Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb.

“Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

 

Gununsesi.info