AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

  • Müəllif: Şəbnəm
  • 17 Sentyabr 2025 06:11

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı paylaşım edib:

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram.

Təbriklər!!!”