Ağ Ev: TAP-nin tikintisinin başa çatması mühüm hadisədir

  • By admin
  • 14 Oktyabr 2020 20:25

“Trans-Adriatik” (TAP) qaz boru kəməri Avropanın enerji təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət daşıyır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosu “Twitter” hesabından bildirib:

“Əhəmiyyətli dərəcədə hazır olan TAP ilə Avropanın enerji təhlükəsizliyi irəli aparıldı. TAP kəməri Yunanıstan sərhədindən tutmuş İtaliyadakı terminalaradək təbii qazla doldurulub”.

Bununla yanaşı, Yunanıstandakı səfir Ceffrey Pyatt tərəfindən dəyərləndirmə açıqlanıb: “TAP kəmərini Cənubi Avropada enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin inşasındakı daha bir böyük nailiyyət münasibətilə təbrik edirəm”.

 

 

Gununsesi.info