22 dekabrda Albaniya müxalifəti paytaxt Tiranada hökumət binasının qarşısında aksiya keçirib, korrupsiyada ittiham olunan hökumətin istefasını tələb edib.
Gununsesi.info bildirir ki, etirazçılar baş nazir Edi Ramanın ofisinin yerləşdiyi binaya molotov kokteylləri atıblar.
Aksiyalara səbəb baş nazirin müavini və infrastruktur naziri Belinda Ballukunun korrupsiya və dövlət tenderlərinə müdaxilə ittihamları ilə üzləşməsi olub.
Korrupsiya və mütəşəkkil cinayətlə mübarizə aparan xüsusi prokurorluq Ballukunun deputat toxunulmazlığının ləğvini və həbsini tələb edib.
Ciddi ittihamlara baxmayaraq, Balluku istefa verməyib, Edi Rama da müavinini vəzifədən uzaqlaşdırmayıb.











