Ali Məhkəmə həbsdəki cəbhəçinin hökmünü ləğv edib

  • By admin
  • 16 May 2023 19:21

Almaniyadan Azərbaycana deportasiya ediləndən az sonra narkotik ittihamı ilə həbs olunan siyasi fəallardan biri – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli haqqında hökmə yenidən baxılacaq. Mayın 16-da Ali Məhkəmədə bu barədə qərar çıxarılıb.

Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, aşağı instansiya – apellyasiya məhkəməsi Kərimlinin işini düzgün araşdırmayıb. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, bu iş təkrar araşdırılması üçün həmin məhkəməyə qaytarılıb.

AXCP üzvü haqqında cinayət işinin materiallarında iddia olunur ki, Kərimli saxlanılarkən onun cibindən külli miqdarda narkotik tapılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi isə bu müddəti 5 ilə endirib.

Gununsesi.info