ANAMA əməkdaşı minaya düşdü

  • By admin
  • 30 Avqust 2022 11:09

2022-ci il 30 avqust tarixində işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Partlayış nəticəsində, minaaxtaran it bələdçisi 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri almışdır. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olmuşdur.

Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Gununsesi.info