15 yaşlı yeniyetmənin əlində qumbara partladı

  • By admin
  • 30 Avqust 2022 11:11

Gəncə şəhər sakini qumbara alışdırıcısının partlaması nəticəsində yaralanıb.

Gununsesi.info xəbər verir ki, şəhər sakini 15 yaşlı şəxs yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

O, həmin alışdırıcıya toxunarkən partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N.Mustafayeva aşağı ətrafların, sol qolun, üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxayana müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info