Antiinhisar Agentliyində nə baş verir? - ÜÇ VƏZİFƏLİ ŞƏXS İŞDƏN UZAQLAŞDIRILIB

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.

Bu barədə Gununsesi.info-ya məlumat daxil olub.

Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Gununsesi.info-ya cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:

“Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır”.

 

Elmar

Gununsesi.info