Son günlər aparıcı Tolik və müğənni Səidə arasındakı qalmaqal böyüməkdədir.
Əksər insanlar isə onların həbs olunmağını istəyir.
Maraqlıdır, hüquq bu barədə nə deyir?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Əkrəm Həsənov danışıb.
O bildirib ki, əgər ortada təhqir, böhtan varsa, hər biri bir-birinə qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir:
“Azərbaycanda təhqir və böhtana görə cinayət işini hüquq-mühafizə orqanları açmır. Məhkəmə iddiaları əsaslı sayarsa, altı aya qədər həbs cəzası da ola bilər”,- deyə o, həmçinin qeyd edib.
Orxan
Gununsesi.info












