Arnold Şvartsenegger Almaniyada saxlanıldı

  • By admin
  • 18 Yanvar 2024 13:51

Məşhur aktyor Arnold Şvartsenegger Münhen hava limanında saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Məlumata görə, hərracda satmağı planlaşdırdığı dəbdəbəli saatı gömrük bəyannaməsi təqdim etmədiyi üçün saxlanılıb. Şvartsenegger 3 saatlıq sorğu-sualdan sonra cərimələnərək sərbəst buraxılıb.

Rejissorluğu Ceyms Kemeronun çəkdiyi “Terminator” serialı ilə məşhur olan və bir müddət Kaliforniya qubernatoru vəzifəsini də icra edən 76 yaşlı Şvartsenegger ABŞ-ın Los-Anceles şəhərindən Almaniyanın Münhen şəhərinə gəlib.

Münhen hava limanına enən Şvartseneggerin bir assosiasiyaya dəstək olaraq hərracda satmağı planlaşdırdığı 26 min avro dəyərində olan “Audemars Piguet” dəbdəbəli saatı barədə gömrük orqanlarına məlumat vermədiyi diqqət çəkib. Bunun üzərinə gömrük işçiləri tərəfindən təxminən 3 saat saxlanılan Şvartsenegger 35 min avro cərimə olunub.

Aktyorun kredit kartı ilə ödəniş tələbi də rədd edilib. Alman gömrük qaydalarına görə cərimənin yarısının nağd şəkildə ödənilməsi lazım olduğunu bildirən səlahiyyətlilər, nağd pul çıxarmaq üçün Şvartseneggeri banka müşayiət edib. Məşhur aktyorun cəriməni ödədikdən sonra sərbəst buraxıldığı açıqlanıb.

Münhen Hava Limanı Gömrük Müdirliyinin sözçüsü Tomas Meister mövzu ilə bağlı verdiyi açıqlamada Şvartseneggerin saatı Avropa İttifaqı (AB) sərhədləri daxilində satmaq niyyətində olduğu üçün verginin ödənilməli olduğunu bildirib.

İsveçrənin lüks markası “Audemars Piguet”in Schwarzenegger üçün xüsusi olaraq istehsal etdiyi saatın Avstriyanın Kitzbuehel şəhərində bir iqlim dərnəyi adına keçiriləcək ianə kampaniyasında hərraca çıxarılacağı məlum olub.

Gununsesi.info