AŞ PA-nın payız sessiyası başlayır

  • By admin
  • 26 Sentyabr 2021 00:02

Sentaybrın 27-də Fransanın Strasburq Şəhərində Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, sessiyada  AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək.

Bundan başqa toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ də müzakirə olunacaq.

AŞ PA sessiyasına dəvət alanlar sırasında Gununsesi.info xəbər saytının baş redaktoru, Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli də var.

Günay 

Gununsesi.info