Jurnalist Asif Mərzili jurnalistika ilə blogerlik arasında aparılan müqayisələrə münasibət bildirib.
Gununsesi.info -nun xəbərinə görə, o “jurnalistika blogerliyə uduzub” fikri ilə razılaşmadığını qeyd edib.
“Jurnalistika blogerliyə uduzub… Elə deyil! Jurnalistika yox, jurnalistlər uduzub. Bunun da səbəbi hər kəsə məlumdur. Jurnalist olduğu kimi yazmağa çəkinir, amma bloger sosial şəbəkədə nə gəldi çəkib TikTok-a qoyur. Bu isə jurnalistika deyil”, – deyə Asif Mərzili vurğulayıb.
Jurnalist hesab edir ki, peşəkar jurnalistikanın geriləməsinin əsas səbəbi jurnalistlərin həqiqətləri olduğu kimi təqdim etməkdə çətinlik çəkməsidir.
Onun fikrincə, sosial şəbəkələrdə yayılan hər məzmunu jurnalistika kimi qəbul etmək düzgün yanaşma deyil.
Elmar
Gununsesi.info












