Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafı üzrə “Yol Xəritəsi”nin əhəmiyyətinə toxunan Audiovizual Şuranın sədri bildirib ki, Azərbaycan və Özbəkistan media qurumları, o cümlədən yayımçılar arasında əməkdaşlıq sürətlə inkişaf edir.
Özbəkistan nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin hazırki vəziyyətindən məmnunluğunu ifadə edib. Media sahəsində birgə layihələrin icrası üçün geniş potensialın olduğunu qeyd edən Dilşod Saidjanov bildirib ki, qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi münasibətlərin dərinləşməsində çox böyük rol oynayır.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.











