Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ tərəfindən Ukrayna üçün ayrılmış 90 milyard avroluq krediti təsdiqləyib.
Gununsesi.info xəbərinə görə, bunu aprelin 22-də jurnalistlərə Aİ Şurasına sədrlik edən Kiprin sözçüsü Maria Fanti deyib.
O, Aİ nümayəndələrinin Rusiyaya qarşı 20-ci sanksiyalar paketini də təsdiqlədiyini xəbər verib.
Ukrayna üçün kredit və Rusiyaya qarşı növbəti sanksiyalar ötən il razılaşdırılsa da, Macarıstan tərəfindən veto edilmişdi.
Macarıstan baş naziri Viktor Orban bunu Ukraynanın Macarıstana Rusiya qazı daşıyan “Drujba” boru kəmərindən qaz nəqlini dayandırması ilə əsaslandırırdı. Ukrayna isə qaz nəqlində fasilənin dayanmasından cavabdeh olmadığını, borunun Rusiya dronu tərəfindən zədələndiyini deyirdi.
Orban aprelin 12-də keçirilən parlament seçkilərində məğlub olub. Onu əvəz edəcəyi gözlənilən Peter Madyar isə Ukraynaya ayrılan kreditə veto qoymayacağını bildirmişdi.












