Avropa Şurasının baş katibi İlham Əliyevin bəyanatını alqışlayıb

  • By Günel
  • 14 Mart 2025 20:56

Azərbaycan Prezidenti İlham Əliyevin və xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanla ölkəmiz arasında sülh razılaşmasının imzalanması üçün şərtlərin razılaşdırılması barədə dedikləri Avropa Şurasının baş katibi Alain Berset tərəfindən yüksək qiymətləndirilib.

Gununsesi.info bildirir ki, Avropa Şurasının baş katibi Alain Berset Ermənistan və Azərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşdırılması ilə bağlı açıqlamalarını alqışlayıb:

“2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkə dinc əməkdaşlıq istiqamətində çalışmağa söz verdi. Bu Saziş layihəsi hər iki üzv dövlətin bu potensialdan istifadə etmək və regionda sabit və davamlı sülh yaratmaq iradəsinin sübutudur. Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluq münasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə bu sürəti qorumaq və bu prosesin problemsiz başa çatmasını təmin etmək indi çox vacibdir. Avropa Şurası Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tam dəstək verir və hər iki üzv dövlətə, xüsusən də insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə tam hörmətin təmin edilməsi məqsədi ilə öz dəstəyini və yardımını davam etdirəcək”.

Günel Həsənova

Gununsesi.info