Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdi

  • By admin
  • 17 Noyabr 2021 16:17

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Gununsesi.info