Azərbaycanda banklara daha 55 milyon dollar verildi

  • By admin
  • 16 Fevral 2021 14:52

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Gununsesi.info AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 55 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 fevral 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2% və ya 1,1 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Gununsesi.info