Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib

  • Müəllif: Admin08
  • 17 Oktyabr 2025 21:35

Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ikinci qarşılaşmasında “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlib.

Görüş “hərbçilər”in qələbəsi ilə bitib – 85:73.

Günün ilk duelində isə “Naxçıvan” “Lənkəran”ı 91:82 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.

Gununsesi.info