Azərbaycan Ukraynaya silah verib? - DEPUTAT TƏKZİB EDİR

  • By admin
  • 09 Fevral 2023 16:37

Sosial şəbəkələrdə Azərbaycanın istehsal etdiyi silahların Ukrayanın Rusiya ilə müharibədə istifadə etməsi ilə bağlı fikirlər səslənir və paylaşımlar edilib.

Qeyd edək ki, bu barədə Ukrayna Weapons Tracker twitter hesabı xəbər yayıb.

Bildirilir ki, artıq Ukrayna silahlı qüvvələri Azərbaycanda da istehsal olunan sursatlardan istifadə edirlər. Buyurun, USQ-nin istifadə etdiyi Azərbaycanda 2022-ci ildə hazırlanmış 40M11 HE-frag 120 mm-lik minaatan bombalardan istifadə edir.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, sosial şəbəkələr üzərindən yayılan belə açıqlamar rəsmi deyil və həqiqəti əks etdirmir: “Təxribat xarakterli belə paylaşımlar edilə bilər. Amma bunların heç bir əsası yoxdur:

Təssüflər olsun ki,bir çox siyasətçilər,bəzi xaricdə yaşayan ukrayanlılar Ukraynada Azərbaycanda istehsal edilən silahlardan istifadə edilməsi ilə bağlı paylaşımlar edirlər.Bu cür paylaşımların heç bir əsası yoxdur.Müxtəlif silah sursat bir çox bölgələrdə istehsal edilir.Sərgidə nümayiş etdirilənləri döyüş meydanı ilə eyniləşdirib ,bu cür paylaşımlar edirlər.Hazır ki,gərgin dövrdə Azərbaycana qarşı fərqli münasibət bəsləməyin yeri yoxdur.Azərbaycan qonşuları ilə balanslandırılan siyasətə üstünlük verir.Regionda uzun müddətli sülhün əldə edilməsi üçün Ermənistana sülh əlini uzadıb.Bununla yanaşı , Azərbaycan Rusiya ilə münasibətlərini normal saxlamaqa çalışır.Ukraynaya mütəmadi olaraq humanitar yardımlar göstərir.Bu müharibənin tez bir zamanda dayanmasının tərəfdarıdır.Heç kim Azərbaycanın yürütdüyü xarici siyasətə zərbə vurmamalıdır.Xüsusi ilə, hərbi-strateji mövzularda açıqlama və fikir bildirdik də,ancaq rəsmi mənbələrə istinadən paylaşım edilməlidir”.

 

Mətləb Yaqublu

Gununsesi.info