Azərbaycanda bu xidmət bahalaşdı

  • By admin
  • 25 Mart 2024 07:44

Ötən illərlə müqayisədə aviabiletlər ucuzlaşıb, amma yay ayları üçün olan tur-səyahət qiymətləri bahalaşıb.

Gununsesi.info “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, turizm üzrə ekspert Rəhman Quliyev ötən il Türkiyə şəhərlərinə gediş-gəliş qiyməti 750-800 manat olan aviabiletlərin indi 450-550 manat arasında dəyişdiyini bildirib.

Bununla belə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tur-səyahət bahalaşır. Turistlər əsasən yeddi gecə, səkkiz günlük paketlərə üstünlük verirlər. Ötən il ilə müqayisədə indi qiymətlər artıb.

Bahalaşma Gürcüstan istiqamətində təklif edilən tur-səyahətdə də müşahidə edilir.

Ekspert qeyd edib ki, yay aylarına doğru tələb çox olacağından aviabilet qiymətlərində bahalaşma ola bilər.

 

 

Gununsesi.info