Azərbaycanda nə qədər Britaniya şirkəti var? - Nazir açıqladı

  • By admin
  • 01 İyun 2022 22:44
Tədbirdə Azərbaycan hökuməti adından çıxış edən energetika naziri Pərviz Şahbazov təbrik nitqi ilə çıxış edib.
Azərbaycan Britaniya əlaqələrinə toxunan nazir bildirib ki, Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük faizi təmsil edir..

 

O bildirib ki, bu gün ölkəmizdə müxtəlif sahələrdə 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir.

“Ölkələrimiz arasında yüksək səviyyəli siyasi münasibətlər iqtisadi, humanitar və digər sahələrdə də əlaqələrimizin dinamik şəkildə inkişafı üçün imkan yaradır. Böyük Britaniya ilk vaxtlardan sərmayələrin və enerji sektorunun inkişafına dəstəyi ilə Azərbaycanın iqtisadi müstəqilliyində mühüm rol oynayan strateji tərəfdaşımızdır. İki ölkə arasında ötən il ticarət dövriyyəsi 7 faiz artaraq 668 milyon dollara yaxın olub” – deyə nazir qeyd edib.

Pərviz Şahbazov əlavə edib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki əməkdaşlığımızın bu gün də uğurla davam etdirilməsi qarşılıqlı etimadın təzahürüdür.

“Neft-qaz sahəsində etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. Bu illər ərzində BP ilə əməkdaşlıq iri miqyaslı enerji layihələrimizin uğurla reallaşmasını təmin edir. XXI əsrin Cənubi Qafqaz boru kəmərinin, TAP və TANAP boru kəmərlərindən ibarət nəhəng infrastrukturun ərsəyə gəlməsi, Şahdəniz qazının Avropa bazarlarına nəqlinin gerçəkləşdirilməsi kimi nailiyyətlərin hər birində Böyük Britaniyanın siyasi dəstəyinin, BP-nin xidmətlərinin rolu danılmazdır” – deyə Pərviz Şahbazov bildirib.

Gununsesi.info