Bayden Ukraynaya yeni hərbi dəstək paketini elan etdi

  • By admin
  • 01 İyun 2022 22:03

Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayarkən deyib.

“Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir”, – Bayden qeyd edib.

Baydenin vurğulayıb ki, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.

Gununsesi.info