Azərbaycanın neft gəlirləri açıqlandı

  • Müəllif: Orxan
  • 16 Aprel 2026 10:54

Azərbaycanın 2026-cı ilin 1 yanvar–1 aprel tarixlərini əhatə edən dövrdə xam neft ixracından əldə etdiyi gəlirin həcmi açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, qeyd olunan müddət ərzində ölkədən 5 milyon tondan artıq xam neft ixrac olunub.

Rəsmi məlumatda bildirilir ki, bu ixrac nəticəsində Azərbaycanın əldə etdiyi ümumi gəlir 2 milyard 500 milyon 709 min ABŞ dolları təşkil edib. Statistikaya əsasən, ixracın əsas hissəsi Avropa ölkələrinin payına düşüb və xüsusilə İtaliya bu sahədə lider mövqedədir.

Hesabatda həmçinin ölkələr üzrə ixracın həcmi və əldə edilən gəlirin bölgüsü də təqdim olunub. Bu göstəricilər Azərbaycanın enerji ixracında Avropa bazarının hələ də əsas istiqamət olaraq qaldığını göstərir.

Gununsesi.info