Azərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilib.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı bildirib ki, yeni sənəd iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ratifikasiya edilib.












