“Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

  • By admin
  • 04 Avqust 2023 12:23

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.

7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər.

Gununsesi.info