“Azəriqaz”ın baş direktoru bu ilin 6 ayı üzrə hesabat verdi

Hər həftənin cümə günü saat 11:00-da SOCAR “Azəriqaz” İB-nin inzibati binasında təşkil olunan “AÇIQ QAPI” aksiyası növbəti dəfə baş tutub.

Gununsesi.info  “Azəriqaz”a istinadən xəbər verir ki, birliyin baş direktoru Ruslan Əliyev 2022-ci ilin yanvar-iyun ayları üzrə hesabatı media nümayəndələrinin diqqətinə çatdırıb.

Birlik rəhbəri bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilki itkilərdə 3 faiz azalma müşahidə olunub. Yığım səviyyəsində isə əldə olunan nəticə 18 faiz təşkil edir.

Baş direktor məlumat verib ki, başa vurduğumuz 6 ay ərzində  371 məscid və digər dini məbədlərə 5000 kubmetr əvəzsiz qazın verilməsi təmin edilib.

Ruslan Əliyev “Azəristilik” ASC-nin Birliyə olan borcundan da danışıb. Bildirib ki, Səhmdar Cəmiyyətin debitor borcunu ödəməməsi işçi heyətinin məvacibinin verilməsi də daxil olmaqla bir sıra məsələlərə təsirsiz ötüşmür.

 

 

Gununsesi.info