“‘Azadlıq, müasirlik və birlik alovunuz daim yansın” - İSRAİL SƏFİRİNDƏN 28 MAY TƏBRİKİ

  • By admin
  • 28 May 2021 15:24

İsrailin Azərbaycandakı səfiri Corc Dik 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Gununsesi.info xəbər verir ki, diplomat tvitter səhifəsində bununla bağlı videomüraciət yerləşdirib.

“Ad günün mübarək, Odlar Yurdu Azərbaycan! Bu gün sənin 103 yaşın tamam olur. Sənə arzu edirəm ki, azadlıq, müasirlik və birlik alovun daim yansın”, – səfir deyib.

 

Gununsesi.info