Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Rasim İbrahimov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, R.İbrahimov 3 ildir ağır xəstəlikdən əziyyət çəkirdi.

O, 30 ilə yaxın ordu sıralarında xidmət edib. Birinci ordu korpusunun maliyyə xidmətinin rəisi işləyib.

2020-ci ilin Vətən müharibəsindən sonra Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi təyin olunmuşdu.

Gununsesi.info