Bağlı qapı arxasında qalan qadın xilas edilib

  • By ilhame
  • 17 Mart 2024 11:18

Suraxanı rayonu, Hövsan qəsəbəsində 60 yaşlı qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə yeddimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə daxil olub, 1964-cü il təvəllüdlü qadını halsız vəziyyətdə aşkar edərək ona müvafiq köməklik göstərib və təcili tibbi yardım briqadasına təhvil veriblər.

Gununsesi.info