Bakı metrosunda faciəvi hadisə  - Maşinist sükan arxasında öldü

  • By admin
  • 23 Yanvar 2023 09:21

“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 22-si saat 03:00 radələrində QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında dünyasını dəyişib.

Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, gecə dərhal təcili tibbi yardım dəvət edilib: “Hadisə ilə bağlı aidiyyəti strukturlara məlumat verilib”.

Gununsesi.info