Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurub

  • By admin
  • 21 Sentyabr 2021 21:57

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Mehtiyev Vüsal Rizvan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info