Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində 20 yaşlı qadın bir həftədir ki, itkin düşüb.

Gununsesi.info xəbər verir ki, xəbər verir ki, Buzovna sakini Bayrızadə Şəfa Nüsrət qızı 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ş.Bayrızadə evli olub və bir övladı var. Qadın yaşadığı ünvanı tərk edərkən əynində uzun güllü paltar olub.

Şəfa Bayrızadəni görənlərdən 0776340201 nömrəsinə və ya 102 Xidmətinə zəng etmələri xahiş olunur.