Bakıda 49 yaşlı kişi faciəli şəkildə öldü

  • Müəllif: Firuzə
  • 22 Sentyabr 2025 16:27

Bakıda 49 yaşlı kişi yaşayış binasının damından yıxılıb ölüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, İ.İsmayılov küçəsində baş verib.

Adıçəkilən küçədə yaşayan, 1976-cı il təvəllüdlü Vadim Aleksandroviç Abroskin yaşadığı 9 mərtəbəli binanın damında iş görərkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info