Bakıda 53 yaşlı kişi qətlə yetirildi

  • Müəllif: Firuzə
  • 23 Fevral 2026 11:09

Bakıda qətl törədilib.

Gununsesi.info  xəbər verir ki, fevralın 21-i saat 23 radələrində Şüvəlan ərazisində qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla öldürüb.

İ.Lisenko polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Gununsesi.info