Bakıda aksiya - FOTOLAR

  • By admin
  • 14 May 2022 15:36

Bu gün bir qrup ictimai-siyasi fəal Fəvvarələr meydanında aksiya keçirib.
Gununsesi.info-nun xəbərinə görə, aksiyaya səbəb son zamanlar jurnalistlərə və siyasi fəallara qarşı törədilən cinayətlər və bu cinayətlərin üstünün açılmaması olub.

Ancaq aksiyaya gələn şəxslər dərhal polis tərəfindən ərazidən kənarlaşdırılıb.

Aksiyanın təşkilatçılarından olan Bəxtiyar Hacıyev və Rüfət Səfərli də saxlanılanlardan olub.

Aksiyada diqqətiçəkən məqamlardan biri də əvvəlki dövrlərdən fərqli olaraq, polisin bu dəfə vətəndaşlarla davranışında hədsiz gücün müşaiyyət olunmamasıdır.

Aksiyada 20-yə yaxın şəxsin saxlandığı bildirilir.

 

 

Gununsesi.info