Bakıda çoxmərtəbəli binada yanğın olub

  • By admin
  • 25 Dekabr 2021 21:17

Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 15-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzilin eyvanında 1 m² sahədə ev əşyaları, 1 ədəd plastik qapı, 2 ədəd məişət avadanlığı və qaz sayğacı yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info