Bakıda iyulun 27-i əsən güclü külək nəticəsində 28-i səhər saatlarına qədər paytaxt ərazisində 48 ağac, 63 ağac budağı sınıb.
Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, Birliyin briqadaları tərəfindən operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.















