Bakıda faciəvi hadisə – Sərxoş kişi öldü

  • By admin
  • 15 Noyabr 2021 10:21

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində “Ford” markalı, 90 TM 192 dövlət qeydiyyat nişanlı minik avtomobili 1971-ci il təvəllüdlü Hüseynov Azad Məmmədağa oğlunu vurub. Puyada aldığı xəsarətlərdən ölüb.

Bildirilir ki, hadisə vaxtı A.Hüseynov sərxoş halda olub və evinin qapısından birbaşa yolun hərəkət hissəsinə çıxıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Gununsesi.info