Bakıda QH-nin qərargahı yaradılacaq

  • Müəllif: Firuzə
  • 15 Aprel 2026 20:25

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında qəbul olunub.

50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul olunub.

Bundan başqa konfrans iştirakçıları Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərar qəbul edib.

Gununsesi.info