Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü

  • By admin
  • 28 Oktyabr 2022 09:30

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.

Gununsesi.info xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.

Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.

Gununsesi.info