Baş nazir məzuniyyətə çıxdı

  • By Admin2
  • 14 Fevral 2026 12:49

Azərbaycanın baş naziri Əli Əsədov məzuniyyətə çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Baş nazirin məzuniyyətinin qısamüddətli olduğu bildirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq fakt təsdiqlənib.

“Məzuniyyət çox qısamüddətlidir və Əli müəllim tezliklə işdə olacaq”, – Mətbuat xidmətindən bildirilib.

Gununsesi.info