Baş Nazirin maska ilə bağlı SON QƏRARI

  • By admin
  • 12 Fevral 2021 13:03

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionisti Nəzrin Mustafayevanın “açıq havada təksinizsə, maska taxmaya bilərsiniz” deməsi insanlar arasında çaşqınlıq yaradıb.

TƏBİB-dən Gununsesi.info-ya bildirilib ki, əslində Nazirlər Kabinetinin qərarında bu nəzərdə tutulub.

Rəsmilərin məsələ ilə bağlı açıqlamaları gecikdiyindən, Modern.az saytı Baş Nazir Əli Əsədovun imzaladığı sonuncu qərarı diqqətdən keçirib.

Nazirlər Kabinetinin qərarına əsasən,

 

  • 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi məcburidir.
  • 2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
  • 3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
  • 4. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.

 

 

Qərardan da göründüyü kimi, vətəndaşın küçədə tək olduğu halda maskasız gəzməsilə bağlı məqam yoxdur.

Gununsesi.info