İcra hakimiyyətləri ləğv edilməlidir və…  - Qüdrət Həsənquliyev

  • By admin
  • 12 Fevral 2021 12:31

SSRİ zamanı yerli hakimiyyət xalq deputatları sovetləri idi. Onları xalq seçir və bu qurum da müəyyən icra orqanlarını formalaşdırırdı. Sözsüz ki, bu proses Kommunist Partiyasının nəzarəti altında baş verirdi. Amma yerli hakimiyyətləri xalq seçkilər yolu ilə formalaşdırırdı. Bizdə icra orqanlarının formalaşdırılmasında parlament iştirak etmir. Yalnız baş nazirin seçilməsində iştirak edirik.

Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Dövlət qulluğu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyb.

Qüdrət Həsənquliyev qeyd edib ki, SSRİ-dən sonra yerli qurumların əvəzinə müvafiq icra hakimiyyəti orqanları formalaşdırılıb: “Ancaq 1999-cu ildə bələdiyyələr formalaşdı. Bu qurum yerli özünüidarəetmə forması kimi nəzərdə tutulurdu. Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər. Buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli icra hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

Gununsesi.info