Baş redaktor koronavirusdan vəfat etdi

  • By admin
  • 31 May 2021 10:08

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, şair Əziz Musa ötən gün vəfat edib.

Gununsesi.info xəbər verir ki, yaxınları onun koronavirusdan dünyasını dəyişdiyini bildiriblər.

Qeyd edilib ki, Əziz Musanın qardaşı da 5 ay öncə COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Ə.Musa həm də Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun rəhbəri, Prezident təqaüdçüsü idi.

Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

Allah rəhmət eləsin…