Belə aşkar cinayətlərin istintaqı nə üçün aparılmır? -VƏKİLDƏN BAŞ PROKURORA MÜRACİƏT

  • By admin
  • 10 Avqust 2022 11:15

Tanınmış vəkil Cavad Cavadov əmlak hüquqlarını müdafiə etdiyi bir qrup Bakı sakininin üzləşdiyi qanunsuzluqla bağlı növbəti dəfə Baş Prokuror Kamran Əliyevə müraciət edib.

Gununsesi.info-ya daxil olan həmin müraciəti təqdim edirik:

Hörmətli Kamran Əliyev!

28 iyul 2022-ci il tarixdə tabeliyinizdə olan Xətai rayon Prokurorluğuna rəsmi şikayətlə müraciət etdik ki, Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən binanın 34 saylı mənzilinə Bakı şəhər İcra Hakimiyyəti və Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları daxil olub, mənzili söküb, talan ediblər. (https://www.facebook.com/javad.javadov/posts/pfbid02vbYt965PjNAyjtpbF7RdcdD4xkVoLLreyUDTJkNWGMoi9PNXEhVjFXNzyDqGvCS9l)
İndiyə kimi heç bir tədbir görülmədi.

Bu səbəbdən həmin vandallar 08 avqustda binanın 27 saylı mənzilini eyni üsulla dağıtdılar. Mənzildə müvəqqəti sakinlərin olmamasından istifadə edib bunu ediblər.

Mətbuatdan oxuyuruq ki, Baş Prokurorluq vətəndaşları çağırıb sosial şəbəkədə yazdıqları postlara görə, söylədiyi fikirlərə görə xəbərdarlıq edir, hətta inzibati qaydada tənbeh verilməsi üçün məhkəməyə müraciət edir.

Belə aşkar cinayətlərin istintaqı nə üçün aparılmır?
Nə üçün indiyə kimi cinayət işi başlanılmır?
Aidiyyatı şəxslərdən izahatlar belə alınmamışdır, hadisə yerinə baxış keçirilməmişdir.

Sizdən xahiş edirəm bu açıq-aşkar cinayət xarakterli əməllərin ört-basdır edilməsinə imkan verməyin.

Günay 
Gununsesi.info