Beyrut limanında içində partlayıcı kimyəvi maddə olan 79 konteyner tapıldı

  • Müəllif: admin
  • 25 Avqust 2020 10:21

Livan hərbçiləri fransız həmkarları ilə birlikdə Beyrut limanında içində kimyəvi zəhərli maddə olan 79 konteyner tapıblar.

Gununsesi.info bildirir ki, “RİA Novosti” Livan ordusunun mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayıb.

Bildirilib ki, 14-22 avqust tarixləri arasında sızması fəlakətə gətirib çıxara bilən, içində hidroxlorid olan 25 ədəd konteyner və digər maddələrin yerləşdirildiyi 54 konteyner aşkar edilib.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

Gununsesi.info