
“Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur, təşkilatın yüksək və yüksək səviyyəli tədbirlərdə iştirak etmir”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatında müxalifətçi deputatın sualını cavablandırarkən deyib.
O, həmçinin qeyd edib ki, KTMT Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmək əvəzinə, əksinə, təhlükəsizlik problemləri yaradır.
“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, o zaman məsələlər həllini tapmasa, de-yure bunu edəcəyik, bəs bizə nə qalır?” –Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.
Gununsesi.info