Blinkenin Əliyevdən istəyi var

  • By admin
  • 23 Yanvar 2023 22:09

ABŞ Dövlət katibi Antoni Blinken bu gün İlham Əliyevlə danışıb.

Gununsesi.info xəbər verir ki, ABŞ rəsmisi  Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasını istəyib.

 

Antoni Blinken Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını bildirib. O, prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səylərini ikiqat artırmağa təşviq edib.

Məlumatda, həmçinin bildirilir ki, ABŞ Dövlət katibi Azərbaycanda insan haqları ilə bağlı narahatlıqlarını da İlham Əliyevə çatdırıb.

 

Afət

Gununsesi.info